Internet Bank

GİRİŞ

QEYDİYYAT

İNTERNET KART

İNTERNET KART

İnternet kart nədir?
Xalq Bank Sizə İnternetdə daha təhlükəsiz və rahat ödənişlər etmək üçün nəzərdə tutulan İnternet kartını əldə etməyi təklif edir. Bu kartdan istifadə edərək Siz, 24 saat ərzində İnternet vasitəsilə bir çox əməliyyatları rahat və təhlükəsiz şəkildə icra edə bilərsiniz:
 
·         İnternet mağazalarından mal və xidmətlər almaq
·         Kommunal ödənişlər etmək
·         Mobil və stasionar rabitə haqlarını ödəmək
·         Sığorta ödənişlərini həyata keçirmək
·         Kabel televiziyasından istifadə haqqını ödəmək
·         İnternet provayderlərin xidmət haqlarını ödəmək
·         Elektron bilet almaq
·         Otellərdə otaq rezervasiya (sifariş) etmək və s.
 
İnternet kartı necə əldə etmək olar?
 
İnternet kartı əldə etmək üçün sadəcə olaraq şəxsiyyət vəsiqəsi ilə birlikdə Xalq Bankın istənilən filialına yaxınlaşıb “İnternet kartın alınması üçün sifariş Ərizəsi”ni doldurmaq və kartın illik xidmət haqqını ödəmək kifayətdir. Bundan sonra 2 iş günü ərzində kartınız hazırlanıb Sizə təqdim olunacaq.
 
İnternet kartın üstünlükləri:
 
·         Bu kart İnternetdə alış-veriş etmək üçün daha təhlükəsizdir. Çünki hər dəfə İnternetdə alış veriş edərkən, məhz bu ödəniş üçün lazım olan məbləği karta daxil edə bilərsiniz. Bu da Sizi kartdan pul vəsaitlərinin oğurlanması, hesabdan artıq məbləğin silinməsi və s. kimi dələduzluq risklərindən qoruyur.
·         İnternet kartı Mobil BankSMS məlumatlandırma xidmətlərinə qoşub kart hesabına operativ nəzarət edə və müxtəlif əməliyyatlar həyata keçirə bilərsiniz.
 
Tariflər
 
Internet kartın illik xidmət haqqı – 10 AZN-dir.
 
Təhlükəsizlik qaydaları
 
·         İnternet kartı istifadə üçün digər şəxslərə vermək olmaz;
·         Kart hesabındakı pul vəsaitlərinin təhlükəsizliyini təmin etmək üçün yalnız üzərində MasterCard SecureCode və Verified by Visa işarəsi olan və bu təhlükəsizlik tələblərinə cavab verən etibarlı və tanınmış web saytlarda istifadə etmək tövsiyyə olunur;
·         Kartdan istifadə edərkən “Visa İnternet kartlarından istifadə Qaydaları”nda göstərilən təhlükəsizlik tələblərinə riayət etmək lazımdır;
·         Kart itirildiyi və ya oğurlandığı halda Kartı bloklaşdırmaq üçün 24 saat ərzində fəaliyyət göstərən Müştəri Xidmətlərinə müraciət edin. Tel: 194 və ya (+994 12) 598 46 97;
·         Saxta və ya Sizdən xəbərsiz aparılan əməliyyatlar üzrə kart hesabından silinən vəsaitləri geri qaytarmaq üçün, əməliyyat keçirilən gündən 33 gün ərzində Banka müraciət etməlisiniz. Bu müddət bitdikdən sonra əməliyyatı geri qaytarmaq mümkün deyil. Daxil olan müraciət Bankda araşdırılır və yalnız əsaslı iddialar üzrə vəsaitlər müştəriyə geri qaytarılır.
 
Bunu bilmək vacibdir!
 
·         İnternet kartın ŞEN-kodu, çip və ya maqnit zolağı olmadığına görə bu kartlardan ATM-lərdə və POS-terminallarda istifadə etmək mümkün deyil;
·         İnternet kartın etibarlılıq müddəti 1 ildir. Bu müddət bitdikdən sonra Banka müraciət edib yeni kart əldə edə bilərsiniz;
·         İnternet kart debit kartıdır, bu kart üzrə kredit xətti açıla bilməz.

©2011, XalqBank

Bütün hüquqlar qorunur

AZ 1006, İnşaatçılar pr., 22 L, Bakı, Azərbaycan