Internet Bank

GİRİŞ

QEYDİYYAT

Müştəri xidmətləri

Bank 16 yaşa çatmış, şəxsiyyət vəsiqəsi olan, Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri olan fiziki şəxslərə plastik kartlar verir. Siz həm debit kartları, yəni müştəri əvvəlcədən hesaba qoyduğu şəxsi vəsaitlərdən istifadə edir, həm də kartın istifadə edilməsi bank tərəfindən ayrılan vəsait hesabına həyata keçirilən kredit kartları ala bilərsiniz.

Plastik kart, onun rəsmiləşdirilməsindən 2 gün sonra verilir.

Plastik kartı alarkən onun sahibi, kartın arxa tərəfində kağız zolağın üzərində qol çəkməlidir.
Kartla birlikdə həmçinin, içərisində kartın şəxsi identifikasiya nömrəsi olan PIN kod verilir. PİN kod – Xüsusi kart hesabında olan vəsaitlərlə əməliyyatlar aparmaq imkanı verən dörd rəqəmli koddur. PİN kod kart sahibindən başqa heç kimə məlum olmamalıdır. PİN kodu yaddaşda və ya kartdan ayrı bir yerdə saxlamaq lazımdır.

Kart itdiyi və ya oğurlandığı halda, kartın istifadəsini bloklamaq üçün təcili olaraq 24 saat ərzində fəaliyyət göstərən Müştəri Xidmətləri ilə əlaqə saxlayın. Tel.: 598 46 97.

©2011, XalqBank

Bütün hüquqlar qorunur

AZ 1006, İnşaatçılar pr., 22 L, Bakı, Azərbaycan