Internet Bank

GİRİŞ

QEYDİYYAT

Mobil Bank

Mobil Bank

Xalq Bank Sizə vaxtınıza qənaət edərək kart hesabınızı mobil telefon vasitəsilə idarə etmək imkanı verir. 

«MobilBank» nədir?

Mobil Bankdan istifadə edərək Siz, real vaxt rejimində kart hesabınızı idarə edib, bir sıra əməliyyatları həyata keçirə bilərsiniz:

· Kartın hesabında mövcud olan balansın yoxlanılması

· Kartla aparılan əməliyyatlar üzrə hesabatların yaradılması

· Elektrik enerjisindən istifadə haqqının ödənilməsi

· Mobil rabitə haqqının ödənilməsi

· Stasionar rabitə haqqının ödənilməsi (AzEurotel, Aztelekom)

· Silk Way Travel xidmətlərinin ödənilməsi

· İnternet xidmətlərinin ödənilməsi (Azeronline, ADSL, Elcell, Alfanet ADSL)

· Pul vəsaitlərini bir kartdan digər karta köçürülməsi (Card-to-Card)

· Kartın bloklaşdırılması

(Göstərilən xidmətlərin sayı daima artırılır)

Bu xidmətdən kim istifadə edə bilər?

1.   Mobil Bank xidmətinə Xalq Bankın plastik kart sahibləri olan Azercell, Bakcell, Nar Mobile və Azerfone-Vodafone abunəçiləri qoşula bilərlər.

2.       Xidmətə qoşulma tarixinə müştərinin kartının müddəti bitməmiş olmalıdır.

“MobilBank” istifadəçisi olmaq üçün nə etməli?

Xalq Bankın Mobil Bank xidmətinə qoşulmaq üçün:

1.    Xalq Bankın bankomatlarından istifadə edərək qeydiyyatdan keçib üzərində seriya nömrəsi və komponentlər göstərilən çeki çap etmək;  

2.      Sonra aşağıdakı linkə daxil olaraq midleti telefona yükləmək;

       www.azericard.com/mb/xalqbank.jad -JAVA:MİDP-2.0 versiyası üçün

       www.azericard.com/mb/bis/xalqbank.jad - JAVA BİS, yəni yalnız BBM-ə qoşulmuş Blackberry telefonları üçün

3.   Midlet yükləndikdən sonra, xidməti aktivləşdirmək üçün, ATM-dən çap olunmuş seriya nömrəsini və komponentləri daxil etmək və bundan sonra Midlet üçün PİN-kod yaratmaq lazımdır. PİN-kodu 2 dəfə daxil etdikdən sonra Mobil Bank xidmətinə qoşulmuş olursunuz.

Qeyd: Midlet - Mobil Bank sistemində müxtəlif əməliyyatlar həyata keçirmək üçün xidmətin proqram təminatıdır.

Mobil telefonunuzu MobilBank xidmətindən ayırmaq üçün Ərizə yazıb Banka təqdim etmək kifayətdir. 

Mobil Bank xidmətinin üstünlükləri:

Əməliyyatın real vaxt rejimində həyata keçirilməsi

SİM-kartı dəyişmədən və Banka müraciət etmədən xidmətə qoşulma imkanı

İstənilən mobil operator nömrəsi ilə xidmətə qoşulma imkanı

Xidmət üzrə Bankın Tarifləri

Mobil Bank xidmətidən istifadəyə görə müştəridən (hər qoşulduğu kart üçün)  10 AZN illik abunə haqqı tutulur.

(Internet Bank  xidmətinə qoşulduğu halda, bu iki xidmətin illik abunə haqqı 15 AZN təşkil edir).

Xidmətin göstərilməsinə xitam verilməsinə görə xidmət haqqı tutulmur.

 Bunları bilmək vacibdir:

· Müştəri Xalq Bankın buraxdığı plastik karta malik olmadığı halda, yeni kart sifariş edib bu Xidmətə qoşula bilər.

· Plastik kart itirildiyi, oğurlandığı və ya məhv olduğu halda, Xidmətin göstərilməsinə xitam verilir və yeni kart sifariş olunduğu zaman həmin plastik kartın Xidmətə qoşulma prosesi Bankda qüvvədə olan Tariflərə əsasən həyata yenidən həyata keçirilir.

· Xidmətə qoşulma ilə bağlı hər hansı problem yarandığı halda, Müştəri (012) 598 46 97 və ya 194  telefon nömrəsi vasitəsi ilə “Azərikard” prosessinq mərkəzinin 24 saat ərzində fəaliyyət göstərən Müştəri Xidmətləri bölməsinə müraciət edə bilər.

· Mobil Bank-da iş zamanı, təhlükəsizliyi təmin etmək üçün bütün ötürülən məlumatlar şifrələnir. Midlet icazəsiz telefon istifadəsini aradan qaldıran xüsusi PİN-kodla təmin olunmuşdur.

Xidmətə qoşulma qaydaları

İstifadə qaydaları

©2011, XalqBank

Bütün hüquqlar qorunur

AZ 1006, İnşaatçılar pr., 22 L, Bakı, Azərbaycan