Internet Bank

GİRİŞ

QEYDİYYAT

DİZAYN Kart haqqında

DİZAYN Kart haqqında

Xalq Bank Sizə yeni kart məhsulu – DİZAYN Kartı təklif edir. DİZAYN Kart plastik kartınızı individual qaydada dizayn etmək imkanı verən kartdır. Siz sadəcə olaraq istədiyiniz şəkli seçirsiniz, biz isə Sizin fərdi, unikal kartınızı hazırlayırıq.

DİZAYN Kartın üzərində uşaqlarınızın, yaxınlarınızın, əzizlərinizin rəsmlərini, ailə və ya həyatınızın xoş anlarını və xatirələrini əks etdirən şəkilləri, və ya xoşunuza gələn təbiət mənzərələrini yerləşdirə bilərsiniz. DİZAYN Kart MC Standard kartıdır və MC Standard kartının bütün xüsusiyyətlərini özündə birləşdirir. Bu kart vasitəsilə Siz, bankomatdan nağd pul çıxara, xidmət və ticarət məntəqələrində mal və xidmətlərin dəyərini ödəyə, İnternet vasitəsilə alış-veriş və ödənişlər edə və digər üstünlüklərdən faydalana bilərsiniz.
Xalq Bankın DİZAYN Kartı ilə bənzərsiz kartınızı yaradın!

DIZAYN Kartı necə əldə etmək olar?

DİZAYN Kartı əldə etmək üçün "Öz dizaynını yarat" menyusuna daxil olub qalereyadan bəyəndiyiniz şəkili və ya öz şəkilinizi yükləmək, Bankın filialına gəlib Sizə uyğun tarif paketini seçib, "Dizayn kartı əldə etmək üçün sifariş ərizəsi"ni doldurmaq lazımdır. Kartın üzərində yerləşdirmək istədiyiniz şəkli həmçinin CD, DVD və ya flaş-kart vasitəsilə Bankın əməkdaşına təqdim edə bilərsiniz.

DİZAYN Kartı həm ayrılıqda, həm də Xalq Bankın təklif etdiyi tarif paketlərinin tərkibində əldə etmək mümkündür.

©2011, XalqBank

Bütün hüquqlar qorunur

AZ 1006, İnşaatçılar pr., 22 L, Bakı, Azərbaycan