Internet Bank

GİRİŞ

QEYDİYYAT

QAYDALAR

QAYDALAR

Kartlarda əks olunmuş təsvirlər Bankın və Master Card sisteminin tələblərinə uyğun olmalıdır.
Təsvirə aşağıdakılar daxil edilməməlidir:

  • Siyasi, dini, ibadət şüarları və simvolları (bayraqlar, gerblər, himnlər, hakimiyyətin və dinin digər simvolları);
  • Ictimai xadimlərin – siyasi, mədəniyyət, idman, incəsənət xadimlərinin təsvirləri;
  • Yaradılmış personajların (cizgi filmlərin personajları və s.) şəkilləri və ya təsvirləri, kinofilmlərdən, cizgi filmlərindən kadrlar, kitablarda olan rəsmlər;      
  • Olimpiada simvolikası;
  • Müəllif hüquqlarının şamil olunduğu, o cümlədən, internet daxil olmaqla açıq və ya qapalı mənbələrdən alınmış təsvirlər;
  • Reklam materialları, əmtəə (xidmət) nişanları, şirkətlərin adları və loqotipləri, habelə əmtəə (xidmət) nişanlarının əks olunduğu mallar və xidmətlər;
  • Alkoqollu və spirt tərkibli məhsulların hər-hansı təsvirləri, habelə siqaretlər, siqaralar, tənbəki çubuqları, kartlar, zərlər, rulektalar, oyun avtomatları, totalizatorlar və qumar oyunlarının digər atributları;
  • Bütün növ silahların, hərbi sursatların, hərbi geyim formalarının, hərbi texnikasının təsvirləri;
  • Mədəni, dini, ictimai dəyərlərə zidd olan təsvirlər;
  • Antiictimai/qadağan edilmiş qruplara, tədbirlərə və hadisələrə aid olan təsvirlər;
  • Fitnəkar və ya seksual xarakterli (pornoqrafik) təsvirlər;
  • Zorakılığı və qəddarlığı təbliğ edən təsvirlər;
  • Hər hansı dillərdə, hesablama sistemlərdə ifadə olunmuş ünvanlar (o cümlədən elektron ünvanlar), telefon nömrələri;
  • Bank və/və ya Master Card beynəlxalq ödəniş sistemi tərəfindən kartda yerləşdirilməsi yolverilməz  hesab olunan digər təsvirlər.     

*  Xalq Bankın əməkdaşları bu tələblərə zidd olan təsvirləri səbəb göstərilmədən silmək hüququna malikdir.

Şəkillərin texniki parametrlərinə olan tələblər:

  • 1024x768 pikseldən az olmaması;
  • resolution dəyəri 72 dpi;
  • JPEG (.jpg, .jpeg), FİLE, ext, PNG, Bmp, HD və ya Full HD formatında olması; 
  • həcmi 1-3 MB arasında olması;
  • əgər şəkil göndərilən faylın adında Ə,Ü,Ç,Ş  hərfləri mövcuddursa, həmin  hərflərin ingilis əlifbasının hərfləri ilə əvəz edilməsi məsləhətdir.

Təhlükəsizlik və identifikasiya məqsədi ilə DİZAYN Kartın arxa hissəsinə yüklənəcək şəkillər aşağıdakı tələblərə cavab verməlidir:

  • Təqdim edilən şəkil pasport və ya şəxsiyyət vəsiqəsi üçün nəzərdə tutulan 3x4cm ölçüdə olmalıdır;
  • Şəkil rəngli olmalı və arxa fonu açıq rəngdə olmalıdır;
  • Tünd rəngli eynəklə şəkil təqdim edilməməlidir:

©2011, XalqBank

Bütün hüquqlar qorunur

AZ 1006, İnşaatçılar pr., 22 L, Bakı, Azərbaycan