Internet Bank

GİRİŞ

QEYDİYYAT

SMS-MƏLUMATLANDIRMA

SMS-MƏLUMATLANDIRMA

SMS-məlumatlandırma xidməti nə deməkdir?

SMS-məlumatlandırma xidməti vasitəsilə Xalq Bankın müştəriləri öz kart hesabları haqqında məlumatı Banka və ya bankomata müracət etmədən ala bilərlər.
Xidmətə qoşularaq müştəri  kart hesabı ilə  aparılan hər bir əməliyyat barədə 24 saat ərzində mobil telefonu vasitəsilə məlumatı alır.
Bundan əlavə, əsas kartın sahibi həm də əlavə kartlar üzrə aparılan əməliyyatlar barədə məlumat almaq üçün xidmətə qoşula bilər. Xidmətə (əsas kartın sahibinin müraciəti əsasında) əlavə kartın sahibi qoşulduqda, yalnız sahib olduğu əlavə kart üzrə aparılan bütün əməliyyatlar barədə malumatı ala bilər.
 
Xidmətdən kim istifadə edə bilər?
SMS-məlumatlandırma xidmətindən Azercell, Bakcell və Azerfon (o cümlədən Azerfon-Vodafone) abunəçiləri  olan Bankın plastik kartlarının sahibləri istifadə edə bilər.
Qeyd: Kart sahibinin telefon nömrəsi həmin kart sahibinə məxsus olmalıdır.

Xidmətə necə qoşulmaq olar?
Bankın filialına gəlib Ərizə yazmaqla və ya Banka gəlmədən Xalq Bankın bankomatları vasitəsilə SMS məlumatlandırma xidmətinə qoşulmaq mümkündür.
Ərizə qəbul olunduqdan sonra 2 iş günü ərzində xidmət aktivləşir.
Xidmətdən imtina etdikdə Banka müraciət edib Ərizə formasını doldurmaq kifayətdir.
 
Xidmət üzrə Bankın Tarifləri
SMS-məlumatlandırma xidmətidən istifadəyə görə müştəridən (hər qoşulduğu kart üçün) 2 AZN aylıq abunə haqqı tutulur.
Xidmətdən istifadə zamanı müştərilərə göndərilən SMS-lərə görə mobil rabitə operatorları tərəfindən xidmət haqqı tutulmur.
Xidmətin göstərilməsinə xitam verilməsinə görə mobil operator tərəfindən müştəridən xidmət haqqı tutulmur.

BUNLARI BILMƏK VACİBDIR:
Müştəri Xalq Bankın buraxdığı plastik karta malik olmadığı halda, plastik kart sifariş edib bu xidmətə qoşula bilər.
Plastik kart itirildiyi, oğurlandığı və ya məhv olduğu halda, xidmətin göstərilməsinə xitam verilir və yeni kart sifariş olunduğu zaman həmin plastik kartın xidmətə qoşulma prosesi yenidən həyata keçirilir.
Xidmətə qoşulma ilə bağlı hər hansı problem yarandığı halda, Müştəri (012) 598 46 97 telefon nömrəsi vasitəsi ilə “Azərikard” prosessinq mərkəzinin 24 saat ərzində fəaliyyət göstərən Müştəri Xidmətləri bölməsinə müraciət edə bilər.

©2011, XalqBank

Bütün hüquqlar qorunur

AZ 1006, İnşaatçılar pr., 22 L, Bakı, Azərbaycan