Internet Bank

GİRİŞ

QEYDİYYAT

İNTERNET BANK

İNTERNET BANK

Xalq Bank müştərilərinə - plastik kart sahiblərinə, Banka müraciət etmədən İnternet şəbəkəsinə qoşulmuş kompüter vasitəsilə kart hesablarını idarə etmək imkanı verən İnternet Bank xidmətindən istifadə etməyi təklif edir.

Internet Bank nədir?
İnternet Bank sistemi vasitəsilə Siz real vaxt rejimində, günün istənilən saatında kart hesablarınızı idarə edə və aşağıdakı əməliyyatları həyata keçirə bilərsiniz:
·          Kart hesabı üzrə balansın yoxlanılması
·          Cari ay üzrə çıxarışlar  (cari ay ərzində kartla aparılan bütün əməliyyatlar haqqında məlumat təqdim edilir)
·          Əvvəlki aylar üzrə çıxarışlar (seçdiyiniz ay ərzində kartla aparılan bütün əməliyyatlar haqqında məlumat verilir)
·          Elektrik enerjisindən istifadə haqqının ödənilməsi
·          Mobil rabitə haqqının ödənilməsi (Azercell, Bakcell, Nar Mobile, Azerfon-Vodafon )
·          Stasionar rabitə haqqının ödənilməsi (AzEurotel, Aztelekom)
·          İnternet xidmətlərinin ödənilməsi (Azeronline, ADSL, Elcell, Alfanet ADSL)
·          Pul vəsaitlərinin bir kartdan digər karta köçürülməsi (Card-to-Card)
·          Kartın bloklanması
(Göstərilən xidmətlərin sayı daima artırılır)


Internet Bank xidmətinin istifadəçisi olmaq üçün nə etmək lazımdır?
Əgər Siz Xalq Bankın plastik kartının sahibisinizsə, bu halda Banka gəlmədən Xalq Bankın geniş ATM şəbəkəsindən (və ya Azericard prosesinq mərkəzinin xidmət etdiyi hər hansı bankomatdan) və İnternetə qoşulmuş kompüterdən istifadə edərək İnternet Bank sisteminə qoşula bilərsiniz.
Sistemdən istifadə etmək üçün heç bir əlavə proqram təminatı tələb olunmur. İnternet şəbəkəsinə qoşulmuş kompyüter kifayət edir.
İnternet Bank sistemindən istifadəni dayandırmaq üçün sistemdən silinmə haqqında Ərizəni Banka təqdim etmək lazımdır.

Tariflər:
Xidmətdən istifadəyə görə illik abunə haqqı (xidmətə qoşulan hər karta görə) – 10 AZN.
(Mobil Bank xidməti ilə birlikdə xidmətə qoşulduqda xidmət haqqı 15 AZN təşkil edir.)
 

Bunu bilmək vacibdir:
İnternet Bank xidmətinə qoşulma ilə problem yarandıqda “Azərikard” prosessinq mərkəzinin 24 saat ərzində fəaliyyət göstərən müştəri xidmətlərinə müraciət edə bilərsiniz. Tel.: (012) 598 46 97, (012) 598 43 76 (zənglər pulsuzdur) və ya Bakcell  012 194, Nar Mobile 194, və Azercell nömrələrindən 194, xarici ölkələrdən (+994 12) 194 (zənglər ödənişlidir).

İnternet Bank sistemi nə dərəcədə təhlükəsizdir?
İnternet Bank sisteminin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur:
Sistemdə bütün ötürülən məlumatlar şifrələnir.  
İnternet Bank sistemində iş zamanı, yalnız cari iş seansı üçün etibarlı olan birdəfəlik parollardan istifadə olunur.
Diqqət! Sistemin etibarlı qorunmasına baxmayaraq, “İnternet Bank sisteminə qoşulma və istifadə Qaydaları”nda göstərilən təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Bank, İnternet Bank vasitəsilə aparılan əməliyyatlar üzrə müştərilərin iddialarına görə heç bir məsuliyyət daşımır, bütün məsuliyyət kart sahibi olan müştərinin üzərinə düşür.

Sistemə giriş

©2011, XalqBank

Bütün hüquqlar qorunur

AZ 1006, İnşaatçılar pr., 22 L, Bakı, Azərbaycan