Internet Bank

GİRİŞ

QEYDİYYAT

Dizayn kredit kartı üçün tələb olunan sənədlər

Dizayn kredit kartı üçün tələb olunan sənədlər

Borcalana və təminata qarşı tələblər

Yaş həddi

 Təminat əmanətin girovu olduqda: 21 (daxil olmaqla) yaşdan yuxarı

 Təminat 2 şəxsin zaminliyi və ya daşınmaz əmlakın girovu olduqda: 23 (daxil olmaqla) yaşdan yuxarı

Vətəndaşlıq

 Azərbaycan

Daimi qeydiyyat (kreditin verildiyi ərazidə)

 Tələb olunur (min 1 il)

Son iş yerində minimal əmək stajı

 6ay

Digər tələblər

 1. Borcalanın mənfi kredit tarixçəsinin olmaması
 2. Zamin hüquqi şəxs olduqda, yuxarıda göstərilən tələbdən əlavə zaminin bütün cari hesabları üzrə ümumi pul dövriyyəsinin məbləği son 12 ayərzində rübdə 15 000 AZN-dən az olmamalıdır

Tələb olunan sənədlər
 
Təminat – iki hüquqi və/və ya fiziki şəxsin zaminliyi

Borcalan və fiziki şəxs olan zamin tərəfindən

      1.Borcalanın kredit sifarişi (Bank tərəfindən təsdiq edilmiş formada)
      2.Borcalan və Zaminin şəxsiyyətini təsdiq edən sənəd
      3.Borcalanın və Zaminin gəlirləri haqqında arayış:

      -şəxs muzdlu işçidirsə: son 6 ay ərzində tutduğu vəzifə və faktiki gəlirləri haqqında iş yerindən arayış (aylara bölünməklə)

      -şəxs fərdi sahibkardırsa: dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti və vergi orqanının qeydi ilə son 2 rüb üzrə bəyannamə

      4.Hərbi xidmət haqqında sənəd (kişilər üçün)

Hüquqi şəxs olan zamin tərəfindən

      1.Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə
      2.Hüquqi şəxsin nizamnaməsi
      3.Son 12 ay ərzində bank hesablarından çıxarış (aylara bölünməklə)

Təminat – daşınmaz əmlak

Borcalan tərəfindən təqdim edilməsi zəruri olan sənədlər

     1.Bank tərəfindən təsdiq edilmiş formada kredit sifarişi
     2.Şəxsiyyəti təsdiq edən sənəd
     3.Gəlirlər haqqında arayış:

     -muzdlu işçilər üçün: son 6 ay ərzində Borcalanın tutduğu vəzifə və faktiki gəlirləri haqqında iş yerindən arayış (aylara bölünməklə)

     -fərdi sahibkarlar üçün: dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti və vergi orqanının qeydi ilə son 2 rüb üzrə bəyannamə

     4.Hərbi xidmət haqqında sənəd (kişilər üçün)
     5.Girov qoyulan daşınmaz əmlak haqqında tələb olunan sənədlər

     -Daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd (qeydiyyatdan çıxarış və tələb olunduqda texniki pasport)

     -DƏDRX-nin müvafiq ərazi idarəsindən Arayış (Forma №1)

     -Ailə tərkibi haqqında arayış (Forma №2)

     -Daşınmaz əmlakın satılmasına, bu əmlakın mülkiyyətçilərinin və əmlak üzrə qeydiyyatda olanların razılığı

     -Əmlakın Bankda girovda olması barədə Daşınmaz əmlakın Dövlət reyestrinə qeydin daxil edilməsinə görə komissiyanın ödənilməsini təsdiq edən sənəd


Təminat – Xalq Bankda yerləşdirilən əmanətlər

Borcalan tərəfindən təqdim edilməsi zəruri olan sənədlər

   1.Bank tərəfindən təsdiq edilmiş formada kredit sifarişi
   2.Şəxsiyyəti təsdiq edən sənəd
   3.Hərbi xidmət haqqında sənəd (kişilər üçün)
   4.Əmanət üçüncü şəxsə məxsus olduqda, bu halda tələb olunan digər sənədlər
 Fiziki şəxs üçün:  -şəxsiyyət vəsiqəsi

 Hüquqi şəxs üçün:

      -Dövlət qeydiyyatı haqqında Şəhadətnamə

      -Hüquqi şəxsin Nizamnaməsi

     -Əmanətin girov qoyulması haqqında təsisçilərin/iştirakçıların qərarı (əgər Nizamnamə ilə digər qayda nəzərdə tutulmayıbsa)




DİZAYN Kredit Kartı haqqında daha ətraflı məlumat əldə etmək və kredit kartı almaq üçün filiallarımıza müraciət edin.

©2011, XalqBank

Bütün hüquqlar qorunur

AZ 1006, İnşaatçılar pr., 22 L, Bakı, Azərbaycan