Internet Bank

GİRİŞ

QEYDİYYAT

DİZAYN Ailə Paketi

DİZAYN Ailə Paketi

DİZAYN Kart sahibləri ailə üzvləri üçün əlavə DİZAYN Ailə Kartını sifariş edə bilərlər. DİZAYN Ailə Kartı həm debet, həm də kredit kartı ola bilər. DİZAYN Ailə Kartı Sizin DİZAYN Kart hesabınıza bağlı olan əlavə kartdır və DİZAYN Kartla eyni imkanlara malikdir. Yəni bu kartla bankomatlardan pul çıxarmaq, internetdə, ticarət və xidmət məntəqələrində ödənişlər etmək və MC sisteminin təklif etdiyi endirimlərdən faydalanmaq mümkündür.
DİZAYN ailə kartının üstünlükləri:
•    Bu kartla Siz, xarici ölkələrdə yaşayan, işləyən, təhsil alan və ya səfərdə olan ailə üzvlərinizi komisyon haqqı ödəmədən və tez bir zamanda pul vəsaiti ilə təmin edə bilərsiniz. Bunun üçün sadəcə olaraq DİZAYN Kart hesabınıza nağd pul mədaxil etmək kifayətdir.
•    DİZAYN Ailə Kartı vasitəsilə Siz, ailə üzvlərinizin kartla apardığı əməliyyatlara nəzarət edə bilərsiniz. Məsələn, DİZAYN Ailə Kartı xarici ölkədə təhsil alan uşağınızın harada, nə zaman və hansı məbləğdə pul vəsaiti xərclədiyinə nəzarət etmək  üçün ideal bir vasitədir. Bunun üçün bu Kartı Xalq Bankın İnternet Bank, Mobil Bank və ya SMS-Məlumatlandırma xidmətlərinə qoşmaq lazımdır.
•    DİZAYN Kartın sahibi DİZAYN Ailə Kartı ilə xərclənən pul vəsaitlərinə gündəlik, həftəlik və ya aylıq limit müəyyən edə bilər. Məsələn, uşağınıza cari xərclər üçün nağd pul verməyə ehtiyac yoxdur, onun üçün DİZAYN Ailə Kartı sifariş edib gündəlik limit təyin etmək mümkündür.
 DİZAYN Ailə Kartının tarifləri

©2011, XalqBank

Bütün hüquqlar qorunur

AZ 1006, İnşaatçılar pr., 22 L, Bakı, Azərbaycan